Sidneydə üzərində Avstraliyanın ən böyük brilyantı olan üzük hərraca çıxarılıb - FOTO/VİDEO

23-04-2021, 07:34           
Sidneydə üzərində Avstraliyanın ən böyük brilyantı olan üzük hərraca çıxarılıb - FOTO/VİDEO
Sidneydə üzərində Avstraliyanın ən böyük brilyantı olan üzük hərraca çıxarılıb.

Bu barədə “9News” telekanalı xəbər yayıb.

Məlumata görə, alıcı bunun üçün rekord səviyyədə 965.000 dollar (1 640 500 manat) ödəyib.

Yaşıl qitədəki ən böyük brilyant həmiçinin ölkədə satılan ən bahalı daş olub.

Qiymətli daş kvadrat şəklindədir və 25 karat ağırlığındadır.

Nikah üzüyünə qoyulmuş daş 47.961 karat ağırlığında işlənməmiş almazdan kəsilib.

“Satılan daş çox nadirdir, çox güman ki, öz növündə yeganədir. Qüsursuz keyfiyyətə sahib brilyantın 25 karatlıq ölçüsü insanı heyrətə gətirir”, - deyə Hərrac Evinin zərgərlik şöbəsinin müdiri Hamiş Şarma bildirib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru