“Başqa nazir gələcək, hər şey düzələcək” fikri illüziyadır – AÇIQLAMA

23-04-2021, 22:08           
“Başqa nazir gələcək, hər şey düzələcək” fikri illüziyadır – AÇIQLAMA
Oqtay Şirəliyev Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. O, 2005-ci ilin oktyabr ayından Azərbaycanın səhiyyə naziri idi. Prezidentin imzaladığı digər sərəncamla Azərbaycan Respublikası səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti səhiyyə nazirinin birinci müavini Teymur Yusif oğlu Musayevə verilib.

Tibb elmləri doktoru, professor Adil Qeybulla hadisəni şərh edib.

O bildirib ki, səhiyyənin inkişafı fərdlərə bağlı deyil: ” “Başqa nazir gələcək, hər şey düzələcək” fikri illüziyadır. Səhiyyə sahəsində olan islahatlar sona qədər getməlidir. Səhiyyədə sığorta xidmətləri qaydasına düşməlidir. Dövlət və özəl müəssisələr arasında qarşılıqlı münasibətlər tənzimlənməlidir. Donor və reproduktiv haqqında qanun öz həllini tapmalıdır. Köklü sistem formalaşmalıdır. Regionlarla Bakının səhiyyə səviyyəsi eyni olmalıdır. Təbii ki, hər kadr yenilik gətirir. Yeni səhiyyə naziri yəqin ki, keçmiş duruma nəzər yetirib, proqressiv yol seçəcək. İslahatların uğurlu olacağına ümid etməkdən başqa çarəmiz qalmır”./news24.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru