Pul kəsilib, 4 aydır Atçılıq Mərkəzinin atları acından ölür... - Filialın baytarı

24-04-2021, 14:11           
Pul kəsilib, 4 aydır Atçılıq Mərkəzinin atları acından ölür...
"4 aydır ki, atlar acdır. Bu il bizə atların yem və ota təlabatını ödəmək üçün pul ayrılmayıb. İşçilər əmək haqqı almayıb”.

Valyuta.az Qaynarinfo.az-a istinadən xəbər veri ki, bunu Respublika Atçılıq Turizm Mərkəzinin Şəki Daşüz filialının baytarı Rəşid Şuayev deyib.

Həkim hazırda atların vəziyyətinin pis olduğunu qeyd edib:

“Başlı-başına qalmışıq. Hazırda atlar aclıqdan əziyyət çəkir. Əlaqədar təşkilatlara məlumat vermişik. İndi bilmişik ki, bizi təsərrüfat hesabına keçiriblər. Hər il bizə Mədəniyyət Nazirliyi tərəfindən pul ayrılırdı".

Rəşid Şuayev hazırda atların Mədəniyyət Nazirliyinin balansında olduğunu vurğulayıb:

"23 at qalıb. Məlumat vermişik, baxan yoxdur. Yerdə qalan atları şirkətlərin, atsevərlərin hesabına saxlayırıq".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.