Elektron ticarətlə bağlı fırıldaqçılıq halları artıb - Xəbərdarlıq - VİDEO

24-04-2021, 19:03           
Elektron ticarətlə bağlı fırıldaqçılıq halları artıb - Xəbərdarlıq - VİDEO
Son vaxtlar elektron ticarətlə bağlı fırıldaqçılıq halları artıb. Azərbaycan Banklar Assosiasiyasından bu barədə açıqlama verilib.

Teref.az xezerxeber.az-a istinadən xəbər verir ki, Assosiasiyadan bildirilib ki, son dövrlər, xüsusilə pandemiya zamanı nağdsız ödənişlərə tələbat artıdığından bu cür fırıldaqçıların da sayı artıb.

Fırıldaqçılar müxtəlif vasitələrlə kart istifadəçisinin ödəniş kartı məlumatlarını əldə edir və kartdakı vəsaitləri götürürlər.

Azərbaycan Banklar Assosiasiyasının əməkdaşı İlqar Əliyev deyib ki, fırıldaqçılar əksər vaxt bu məlumatları bank adından almağa çalışır. Halbuki bankda istifadəçinin ödəniş kartı barədə məlumatlar var və bank heç vaxt istifadəçidən belə məlumatları istəmir.

İlqar Əliyevin sözlərinə görə, elektron ticarət üçün kartın üzərindəki 16 rəqəmli kod kifayət edir ki, belə ödənişləri həyata keçirəsən. Ancaq digər məlumatların məxfi saxlanması mütləqdir.

Belə fırıldaqçılıq halalrı baş verdikdə isə banka müraciət edilməli və bank həmin kartın istifadəsini məhdudlaşdırmalı və ya bloklamalıdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru