"ABŞ və Rusiya!!! Tfu... sizin ədalətinizə!!!" - Keçmiş alay komandiri
26-04-2021, 08:45

“Azərbaycan XALQININ 2020-ci ilin 27 sentyabrından işğal olunmuş arazilərinin azad olunması üçün apardığı mübarizəni Rusiya da, Qərb ölkələri də “növbəti erməni soyqırımı” kimi qələmə verməyə cəhd edirdilər...
Gəncədə , Tərtərdə, Bərdədə dinc əhaliyə qarşı törədilmiş, raket, artilleriya hücumları ilə müşayiət olunan görünməmiş vəhşilikləri görməzdən gələn Rusiya və Qərb dövlətləri tarixin nisbətən daha uzun zaman intervalının bizi ayırdığı dövrlərdə (1915 -ci il) baş verən hadisələri də öz istədikləri şəkildə qələmə verməkdə israrlıdılar...”
Moderator.az xəbər verir ki, bu fikirləri özünün “Facebook” səhifəsində Laçın alayının sabiq komandiri, ehtiyatda olan polkovnik Arif Paşa yazıb.
“Öz aralarında olan antaqonist ziddiyyətlərə baxmayaraq Qarabağ məsələsində Rusiya ilə ABŞ həmişə EYNİ MÖVQEDƏN çıxış ediblər...
İki nəhənğ - çoxsaylı xalqların haqqının tapdanması, aborigen xalqların məhv edilməsi yolu ilə qurulmuş müasir Rusiya və ABŞ "imperator"luqlarının beynəlxalq hüquq, bəşəri və insani DƏYƏRLƏR baxımından istər dünən, istərsə də bu gün baş verən hadisələrə DƏYƏR VERMƏK HAQLARI yoxdur!!!
ABŞ cəmi bir neçə yüz il bundan öncə törətdiyi aborigen - hundu soyqırımına görə bu gün də olmasa, sabah CAVAB VERƏCƏK!!!
P.S. Görəsən olmayan erməni "soyqırımı"nı tanıyan cənab C. Bayden olmuş hindu soyqırımını da tanıyacaqmı???
ABŞ və Rusiya!!!Tfu... sizin ədalətinizə!!!” – Arif Paşa sonda belə yazıb.