Məzahir Pənahov yenidən MSK sədri oldu 27-04-2021, 19:12 Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası öz işinə başlayıb.İclasda Məzahir Pənahov yenidən qurumun sədri seçilib.Həmçinin səsvermə nəticəsində Rövzət Qasımov MSK sədrinin müavini, Mikayıl Rəhimli və Arifə Muxtarova isə Komissiyanın katibləri seçiliblər.Qeyd edək ki, M. Pənahovun 70 yaşı var və 2000-ci ildən MSK sədridir. Facebook-da paylaş