Əfqanıstanda 135 “talibançı” öldürülüb

28-04-2021, 06:47           
Əfqanıstanda 135 “talibançı” öldürülüb
Əfqanıstanın müxtəlif əyalətlərində "Taliban" hərəkatının 130-dan çox silahlısı öldürülüb.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Müdafiə Nazirliyinin xəbərində deyilir.

Əməliyyatlar Laqman, Lohar, Qəzni, Vardak, Herat, Qor, Faryab, Balx, Bağlan, Tahar, Kunduz, Gülmend və Qəndəhar əyalətlərində keçirilib.

Məlumata görə, əməliyyatlar zamanı ümumilikdə 135 “talibançı” öldürülüb, daha 92 silahlı yaralanıb.

Təhlükəsizlik qüvvələri həmçinin yol kənarlarında quraşdırılmış 72 bombanı zərərsizləşdirib.

“Taliban” hələ xəbəri şərh etməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru