Mövhumata inanan kişi təyyarə reysinin təxirə düşməsinə səbəb oldu - FOTO

29-04-2021, 06:35           
Mövhumata inanan kişi təyyarə reysinin təxirə düşməsinə səbəb oldu - FOTO
Çində mövhumata inanan kişi göyərtəsində 148 sərnişin olan təyyarənin uçuşunun son anda təxirə düşməsinə səbəb olub.

Bu barədə “Uniland” xəbər yayıb.

Bildirilir ki, Veyfandan Haykoya getmək istəyən kişi təyyarənin turbininə qırmızı kağıza bükülmüş sikkələr atıb. Uçuşdan əvvəlki yoxlamalar zamanı yerdə həmin qəpiklər tapılıb. Bundan sonra təhlükəsizlik naminə reys növbəti günə kimi təxirə salınıb.

Sərnişinlərin hamısının ifadəsi alınan zaman o, əməlini etiraf edib. Polis onu saxlayıb. Çinli kişi bildirib ki, pulları səfərin uğurlu keçməsi üçün atıb.

Sərnişinin cərimələnməsi və ya cəzalandırılması ilə bağlı məlumat verilməyib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru