Bu sürücülər də avtobus zolaqlarından istifadə edə biləcəklər – VİDEO

30-04-2021, 13:48           
Bu sürücülər də avtobus zolaqlarından istifadə edə biləcəklər – VİDEO
“Gələcəkdə avtobus zolaqlarında taksi minik avtomobillərinin sərbəst hərəkətinə icazə veriləcək”.

Teref.az xəbər verir ki, bunu ARB24-ün "İşgüzar səhər” verilişinə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.

Onun sözlərinə görə, mövcud qanunvericiliyə əsasən avtobus zolaqlarında operativ nəqliyyat vasitələrinin hərəkətinə icazə var:

“Bu zolaqlar həm yanğınsöndürən, həm təcili yardım, həm də polis maşınlarının hadisə yerinə operativ çatmasına imkan verir. Gələcəkdə taksi minik avtomobillərinin də avtobus zolağına daxil olması üçün qanunvericiliyə dəyişiklik edilməsi müzakirə edilir. Mövcud vəziyyətdə bu sahədə olan problemlər, yəni taksilərin hamısında fərqlənmə nişanının olmaması və s. kimi hallar bu avtomobillərin zolaqdan istifadəsinə mane olur. Gələcəkdə bu problem aradan qaldırıldıqda sonra avtobus zolaqlarında taksilərin sərbəst hərəkətinə imkan yaradılacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru