Nikah müqaviləsinin məzmunu DƏYİŞİR

23-06-2021, 00:00           
Nikah müqaviləsinin məzmunu DƏYİŞİR
Nikah müqaviləsi və onun məzmunu dəyişir.

Teref.az xəbər verir ki, bu, Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.Layihəyə əsasən, nikah müqaviləsinə mediasiyaya dair şərtlər də daxil edilə bilər.

Ailə Məcəlləsinə ailə münasibətlərindən irəli gələn mübahisələrin həlli ilə bağlı yeni 7-1-ci maddə daxil edilir. Layihəyə əsasən, ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn münasibətlərlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilib.(apa)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru