Bezosun kosmosdan qayıtmaması ilə bağlı petisiya imzalandı

23-06-2021, 00:09           
Bezosun kosmosdan qayıtmaması ilə bağlı petisiya imzalandı
Təxminən 80 min nəfər change.org portalında dünyanın ən zəngin insanı, "Amazon"un qurucusu Ceff Bezosun iyulda planlaşdırdığı kosmik uçuşdan geri dönməməsini tələb edən petisiya imzalayıb.

"Qafqazinfo" xarici mediaya istinadən xəbər verir ki, petisiya müəllifi yazıb:

"Milyarderlər nə Yer üzündə, nə də kosmosda olmalıdırlar. Ancaq sonuncunu seçirlərsə, qoy elə orda qalsınlar".

Xatırladaq ki, bundan əvvəl Bezosla kosmosa uçuş üçün yer hərracda 28 milyon dollara satılıb. Hərrac "Blue Origin" kosmik təşkilatı tərəfindən aparılıb.

Daha əvvəl Bezos 20 iyulda qardaşı ilə birlikdə "Blue Origin" kosmik gəmisində kosmosa uçacağını bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru