Xankəndidə keçirilən mitinqdə Arayik yenə sərsəmlədi

23-06-2021, 07:13           
Xankəndidə keçirilən mitinqdə Arayik yenə sərsəmlədi
Separatçıların lideri Arayik Arutyunyan “prezident” vəzifəsinin hələ başa çatmadığını və “istefa vermək” niyyətinində olmadığını açıqlayıb.

Teref.az xəbər verir ki, bunu Arayik Arutyunyan Xankəndidə keçirdiyi mitinqdə deyib.

“Qarabağda sülhü təmin edən rus sülhməramlılarının ”xilasetmə fəaliyyətlərindən” razıyam və onların komandiri Rüstəm Muradovla “birlikdə hələ çox uzun bir yolumuz olacaq“- deyə Arayik insanları özünə inandırmağa çalışıb.

Rüstəm Muradovla “xüsusi” münasibətinin olmasını əvvəllər də nümayiş etdirən Arutyunyan özünə arxa-dayaq secdiyi sülhməramlılara yaltaqlanmağı da unutmayıb.

“Xüsusilə bu gün dünyamızı qoruyan Rusiya Prezidentinə və Muradovun rəhbərlik etdiyi sülhməramlı qüvvələrə “- deyə, rusların hesabına hələ də orada süləndiyini bir daha sübut edib.

O, Xankəndi sakinlərinin qarşısındakı sərsəm çıxışını Qarabağ və Azərbaycanın bir-birindən ayrı, lakin heç zaman bir yerdə olmayacağını söyləyərək bitirib.

/ konkret.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru