Arıçı yalın əllə vəhşi arıların pətəklərini topladı – VİDEO

3-08-2021, 07:26           
Arıçı yalın əllə vəhşi arıların pətəklərini topladı – VİDEO
Rusiyanın Anapa şəhərində bir arıçı çılpaq əlləri ilə vəhşi arı yuvalarını söküb.

“Life Shot” “Telegram” kanalı bununla bağlı kadrları yayımlayıb.

Bildirilir ki, ev sahibi həyətində toplaşan həşəratlardan qorxaraq arıçı qonşusunu köməyə çağırıb. Ancaq kişinin bütün əməliyyatı çılpaq əlləri ilə etməsi onu arılardan çox qorxudub.

“Filmlərdən xatırladığım qədər arıçılar COVİD xəstələrinə baxan insanlar kimi geyinirlər. Evli cütlük olan arıçıların bir saatda yeddi min həşərat sürüsünü yalın əllə toplamasını görəndə mənim təəccübümü təsəvvür edə bilməzsiniz”, - deyə bağ sahibi özünün sosial şəbəkə hesabından yazıb.oxu












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.