Maddələr mübadiləsini sürətləndirən məhsullar açıqlanıb

14-06-2025, 09:08           
Maddələr mübadiləsini sürətləndirən məhsullar açıqlanıb
Maddələr mübadiləsini sürətləndirən və orqanizmin enerji sərfiyyatını artıran qidalar açıqlanıb.Bu barədə dietoloq, tibb elmləri namizədi Mixail Ginzburq məlumat verib. Ekspert “Veçernyaya Moskva” nəşrinə müsahibəsində bəzi içkilərin orqanizmdə enerji ehtiyatlarının sərf olunmasını dəstəklədiyini bildirib.Onun sözlərinə görə, qəhvə, çay, jenşen və Çin maqnoliya üzümü bu xüsusiyyəti ilə seçilir. Ginzburq qeyd edib ki, bu içkilərin tərkibindəki kofein bədəni istiliyi qorumaq üçün daha çox enerji sərf etməyə vadar edir. Eyni zamanda kofein adrenalin istehsalını stimullaşdıraraq yağların parçalanmasını da sürətləndirir.Dietoloq vurğulayıb ki, ədviyyatlar və müxtəlif ədviyyəli qidalar da maddələr mübadiləsini canlandıran təsirə malikdir. Mütəxəssis əlavə edib ki, bu məhsullar istilik şəklində ayrılan enerjinin nisbətini artırır və yeməklərin həzmini yaxşılaşdırır.Ginzburq onu da qeyd edib ki, bu qidalar pəhriz saxlayanlar və artıq çəkidən əziyyət çəkənlər üçün də faydalı seçim ola bilər. Onun fikrincə, düzgün qida seçimi orqanizmin enerji balansını tənzimləməkdə mühüm rol oynayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru