İran rəsmiləri bu səbəbdən Trampa ZƏNG ETDİLƏR

Bu gün, 09:14           
İran rəsmiləri bu səbəbdən Trampa ZƏNG ETDİLƏR
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran rəsmiləri ona nüvə proqramı üzrə razılaşma imzalamaq məqsədilə birbaşa müraciət edirlər.
Bu barədə o, "NBC News" telekanalına verdiyi müsahibəsində bildirib.

Tramp qeyd edib ki, İran əvvəlcə razılaşmanı əldə etmək imkanını əldən verib, lakin hazırda onlara ikinci şans verilə bilər.

Prezident əlavə edib ki, İsrailin zərbələrindən sonra İranda nüvə məsələsi ilə bağlı səlahiyyətli şəxslər öz təşəbbüsləri ilə ona zəng edərək, danışıqlar aparmaq istədiklərini bildirirlər.

“Onlar mənimlə əlaqə saxlayır və razılaşma barədə müzakirələr aparmaq istəyirlər”, - Tramp vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.