AzTV-nin rejissorunun vaksindən sonra ölməsi ilə bağlı iddialara TƏBİB-dən münasibət

1-09-2021, 19:56           
AzTV-nin rejissorunun vaksindən sonra ölməsi ilə bağlı iddialara TƏBİB-dən münasibət
Avqustun 23-də koronavirusdan dünyasını dəyişdiyi deyilən AzTV-nin rejissoru Arzu Məmmədovanın yaxınları ölüm səbəbi kimi mətbuatda fərqli iddia ilə çıxış ediblər.

Yaxınlarının iddiasına görə, rejissor vaksin vurduqdan sonra vəfat edib.

Teref.az bildirir ki, “Report” məsələ ilə bağlı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə (TƏBİB) sorğu ilə müraciət edib.

TƏBİB-dən sorğuya cavab olaraq bildirilib ki, Arzu Məmmədova 3 avqust 2021-ci il tarixində ilk doza vaksin üçün müraciət edib və peyvənd olunub:

“Daha sonra 23 avqust tarixində A.Məmmədovanın PCR testi müsbət nəticə olaraq qeydə alınıb. Heç bir ekspertiza rəyi olmadan vaksin olunduqdan 20 gün sonra baş verən ağırlaşmanı peyvəndlə əlaqələndirmək doğru deyil”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru