Afrikada koronavirusa yoluxanların sayı 8 milyona yaxınlaşır

2-09-2021, 00:06           
Afrikada koronavirusa yoluxanların sayı 8 milyona yaxınlaşır
Afrikada koronavirusa yoluxanların sayı 7 770 109 nəfərə çatıb.

Cebhe.info xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının regional ofisinin çərşənbə günü yaydığı məlumata görə, qitədə COVID-19 səbəbindən 196 190 nəfər ölüb, 6,9 milyondan çox insan sağalıb.

Afrikada yoluxma və ölüm hallarının çoxu Cənubi Afrika Respublikasının payına düşür - müvafiq olaraq 2 777 659 və 82 261.

Tunisdə 23 451 nəfər xəstəlikdən dünyasını dəyişib, 664 034 yoluxma hadisəsi qeydə alınıb. Misirdə bu rəqəmlər ardıcıl olaraq 16 736 və 288 441-dir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru