Testin pozitiv çıxması vaksinlə əlaqəli deyil - TƏBİB-dən AÇIQLAMA

9-09-2021, 10:55           
Testin pozitiv çıxması vaksinlə əlaqəli deyil - TƏBİB-dən AÇIQLAMA
“Hər bir insanın vaksindən əvvəl və ya sonra koronavirus testi pozitiv çıxa bilər. Lakin vaksinin vurulması ilə əlaqədar insanın PCR testinin pozitivləşməsi mümkün deyil”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva Modern.az-ın son günlər 1-ci doza peyvənddən sonra yoluxanların artması ilə bağlı sualı cavablandırarkən bildirib.

Departament rəhbəri deyib ki, vaksinin vurulması nəticəsində qanda anticisimlər əmələ gəlir:

“PCR testlərlə isə sadəcə yaxmada virusun birbaşa genetik materialı təyin edilir. Anticisimlər genom testinə pozitivlik verə bilməz”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.