Boş qalan yerlərə 981 nəfər qəbul olub

11-09-2021, 21:45           
Boş qalan yerlərə 981 nəfər qəbul olub
Xəbər verdiyimiz kimi, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbulun nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən Modern.az-a bildirilib ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 22 min 218 şəxs ixtisas seçimi edib.

Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 981 nəfər (o cümlədən 824 nəfər subbakalavr) qəbul olub.

Xatırladaq ki, ali məktəblərin boş qalan (vakant) yerlərinə qəbul olan abituriyentlər (subbakalavrlar), həmçinin orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı portal.edu.az platforması vasitəsilə aparılacaq.

Qeydiyyat tarixləri barədə əlavə məlumat veriləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.