İdarədə yoxlama: Eyvazov 7 nəfəri işdən çıxardı

21-10-2021, 18:51           
İdarədə yoxlama: Eyvazov 7 nəfəri işdən çıxardı
Sabunçu Rayon Polis İdarəsində xidməti yoxlama aparılıb.

Teref.az Manşet.az-a istinadən xəbər verir ki, xidməti yoxlamanın nəticəsində daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə Sabunçu Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Azər Quliyev, Təhqiqat şöbəsinin rəisi, polis polkovnik-leytenantı İlqar Rzayev, Cinayət-axtarış şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rəşad Rəcəbov, Növbətçi hissənin rəisi, polis polkovnik-leytenantı Əli Babayev, müstəntiq Elxan Hacıyev, İctimai Təhlükəsizlik şöbəsinin inspektoru, polis kapitanı Vasif Sadıqov və kadrlar üzrə rəhbər Şəbnəm Rzayeva tutduqları vəzifələrindən azad olunublar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru