Gözlərə zərər vermədən smartfondan “asılı qalmağın” optimal vaxtı açıqlandı

4-11-2021, 09:45           
Gözlərə zərər vermədən smartfondan “asılı qalmağın” optimal vaxtı açıqlandı
Qadcetdən istifadə edərkən görmə qabiliyyətinə mənfi təsir göstərməyəcək optimal vaxt gündə ən çoxu 6 saatdır.

Bu barədə Rusiyada tibb elmləri namizədi, həkim oftalmoloq Serqey Xomyakov bildirib.

Onun sözlərinə görə, hər 20 dəqiqədən bir gözlərə dinclik verilməlidir.

Mütəxəssis həmçinin bildirib ki, cihaz nə qədər yeni olsa, o qədər təhlükəsizdir.

“Bu gün demək olar ki, hər bir insan gününü əlinə smartfon götürməklə başlayır, bütün günü onunla təmasda olur. Bundan əlavə kompüterdə işləmək, planşetdən oxumaq və s. də olur. Ancaq qadcetlərin ekranı nə qədər müasirdirsə, görmə üçün o qədər təhlükəsizdir”, - deyə o, bildirib.

Xomyakov narahatlıq yarada bilən xüsusiyyətlərdən birinin çox böyük ekran olmasını göstərib. Onun fikrincə, ən yaxşısı diaqonalı 5-20 düyüm arasında olan qadcetlərlə işləməkdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru