Cənublu soydaşlarımız Zəfər Gününə hazırlaşır

4-11-2021, 12:08           
Cənublu soydaşlarımız Zəfər Gününə hazırlaşır
Zəfər Gününün birinci ildönümü münasibətilə Cənubi Azərbaycan şəhərlərində kütləvi şəkildə divar rəsmləri, yazılar və qrafitilər hazırlanır.

“Azad İran”ın məlumatına görə, Güney Azərbaycan Milli Hərəkatının fəalları tərəfindən Azərbaycanın Vətən müharibəsində qələbəsinin və tarixi Şuşa şəhərinin azad edilməsinin ildönümü ilə bağlı Təbriz, Ərdəbil, Zəncan, Urmiya şəhərlərində sözügedən prosesə start verilib.

Qeyd edək ki, Vətən müharibəsi dövründə də İranda yaşayan soydaşlarımız Azərbaycana böyük dəstək nümayiş etdirmişdi. //oxu.az//












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru