"Fevraladək yarım milyon insan koronavirusdan ölə bilər" - Haber Global

5-11-2021, 00:01           
"Fevraladək yarım milyon insan koronavirusdan ölə bilər" -
“Avropanın 53 ölkəsindəki mövcud yoluxma sürəti narahatlıq doğurur”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə direktoru Hans Kluge deyib.

Onun sözlərinə görə, "Delta" ştamı ilə əlaqədər olaraq Avropadakı vəziyyət yenidən bir il əvvəlki kimidir: “Məni 7 ölkənin məhdudiyyətləri yumşaltmaları narahat edir. COVID-19-un artmasına reaksiya göstərmək əvəzinə, əvvəldən xəstəliyin yayılmasının qarşısını almalıyıq”.

ÜST-nin hesablamalarına görə, Avropada yoluxma bu templə davam edəcəyi təqdirdə gələn il fevralın 1-dək yarım milyon insanın COVID-19-dan ölə bilər.
Haber Global












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.