“Hraparak”: Bu, yol sektorunu türklərə vermək deməkdir

5-11-2021, 18:01           
“Hraparak”: Bu, yol sektorunu türklərə vermək deməkdir
“Dörd ölkə, yəni Rusiya, Ermənistan, Türkiyə və Azərbaycan arasında aparılan söhbətlər Azərbaycan tərəfindən bu qədər arzulanan, Bakı ilə Naxçıvanı bir-birinə bağlayacaq böyük dəhlizin açılmalı olduğuna işarədir”. Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Müəllifin sözlərinə görə, başa düşmək lazımdr ki, Bakı-Naxçıvan boyu dəhliz açmağa icazə verilsə, bu, həmin yol sektorunu türklərə vermək deməkdir.

“Özümüz-özümüzə sadə bir sual verək: Bəs türklər bölgədə sülhün bərqərar olması üçün hansı qiyməti ödəyiblər və ya ödəyirlər? Onların “ödədiyi” qiymət ərazilərin ələ keçirilməsi (azad edilməsi – red.) və minlərlə qurbanlarımız, yaralılarımız, itkin düşənlərimiz və əsirlərimizdir. Faktiki olaraq ideal şəkildə “bərabər” qiymət ödəyirik”, - deyə nəşr yazıb.

Alpər Mövludoğlu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru