Mask rəqibi Bezosu sosial şəbəkədən yenə trolladı

6-11-2021, 09:33           
Mask rəqibi Bezosu sosial şəbəkədən yenə trolladı
ABŞ məhkəməsi “Blue Origin” şirkətinin NASA-ya qarşı iddiasını rədd edib.

KONKRET.az xəbər verir ki, şirkətin rəhbəri Ceff Bezos Milli Aeronavtika və Kosmos İdarəsinin Aya eniş modulunun hazırlanması üzrə tenderi rəqib “SpaceX” şirkətinə verməsindən narazı idi. Milyarder tenerin şərtlərinin pozulduğunu iddia edirdi.

“SpaceX”in baş direktoru İlon Mask bu qərarı “Twitter”də şərh edib. Dünyanın ən varlı adamları siyahısında birinci yeri tutan amerikalı sahibkar “Hakim Dredd” (“Judge Dredd”) filmindən fotonu paylaşıb. Şəklin üzərində “Sən mühakimə olundun!” (You have been judged!) yazısı dərc edilib.

Ceff Bezosun şirkəti bu işdə ikinci dəfə məğlub olur. Bundan əvvəl ABŞ Hesablama Palatası “Blue Origin” və “Dynetics” üçün tenderin nəticələrinə yenidən baxmaqdan imtina etmişdi.

“Blue Origin” avqust ayında məhkəməyə müraciət edib.

Qeyd edək ki, əvvəllər NASA-nın hər iki şirkətlə müqavilə bağlayacağı gözlənilirdi. Lakin ABŞ Konqresi kifayət qədər vəsait ayırmadığı üçün sövdələşmə yalnız İlon Maskın komandası ilə aparıldı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru