Bu şəxsin yerini deyənə 5 milyon dollar veriləcək

6-11-2021, 09:38           
Bu şəxsin yerini deyənə 5 milyon dollar veriləcək
ABŞ-ın Dövlət Departamenti meksikalı narkobaron “El Çapo”nun qardaşının yeri barədə məlumat verən şəxsə 5 milyon dollar vəd edib.

Publika.az xəbər verir ki, Oreliano Quzman Loeranın yaxalanması üçün əməliyyatları intensivləşdirib.

Digər 3 qardaşı kimi Oreliano Quzman Loera da beynəlxalq narkotik ticarətində ittiham edilir. O, xüsusilə sintetik narkotik vasitələrin dövriyyəsində fəallıq nümayiş etdirir. ABŞ-da fentanil adlı süni narkotik vasitə hər il minlərlə insanın ölümünə səbəb olur.

2019-cu ildə ömürlük həbs azadlıqdan məhkum edilən El Çapo (Yoakin Quzman) hazırda ABŞ-ın Kolorado ştatında xüsusi rejimli həbsxanada cəza çəkir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru