Salyanda Kürün səviyyəsi minimum həddən aşağı düşüb

7-11-2021, 12:24           
Salyanda Kürün səviyyəsi minimum həddən aşağı düşüb
Salyanda Kür çayında suyun səviyyəsi xeyli aşağı düşüb.

Son günlər çayda suyun səviyyəsinin sürətlə azalması müşahidə olunur. Təkcə son 10-15 gündə Kür çayında suyn səviyyəsi 1 metrdən çox azalaraq minimum həddən də aşağı düşüb. Bu da sahilboyu quraşdırılımış su nasoslarının tam gücü ilə işləməsində və əkin sahələrinin suvarılmasında çətinliklər yaradıb.

Hazırda Kürlə mühafizə bəndləri arasında məsafənin hündürlüyü 10 metrə yaxınlaşıb. Mütəxəssislər hesab edir ki, vəziyyət belə davam etsə, gələcəkdə ekoloji fəlakət yarana bilər.( "Report")














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru