Rus fizik “Bayraqdar”ın zəif yerini “tapdı”

7-11-2021, 12:23           
Rus fizik “Bayraqdar”ın zəif yerini “tapdı”
"Bayraqdar” zərbə PUA-sı mikrodalğalı silahlardan qorunmur və onu başqa silahlardan istifadə etmədən də vurmaq olar.

Teref.az Axar.az-a istinadla xəbər verir ki, bu iddia ilə Moskva Radiotexnika İnstitutunun direktor müavini İqor Yesakov çıxış edib.

Ukrayna ordusunun Donbasda bu silahdan istifadə ilə üstünlüyü ələ alacağı barədə danışan fizik bildirib ki, mikrodalğalı top elektroniki yandırmaq imkanına malikdir:

"Bayraqdar”ın maksimal hücum məsafəsi 8 km təşkil edir. Bu isə uzaqmənzilli mikrodalğalı topun radiusuna düşür. Digər tərəfdən, bu, PUA-nı məhv etmək üçün ən ucuz vasitədir. "Bayraqdar”ı adi raket sistemi ilə də vurmaq olar, ancaq bu çatışmazlığı türklər aradan qaldıra bilərlər. Mikrodalğalı silahdan isə "Bayraqdar”ı qorumaq mümkün deyil”.

Qeyd edək ki, "Bayraqdar” PUA-sının döyüş imkanları və qarşısıalınmazlığı bir çox dünya mərkəzi tərəfindən öyrənilir və ondan qorunmaq üçün müxtəlif ehtimallar səsləndirilir. Rusiyalı fizikin də bu fikirləri praktik deyil, ehtimallar üzərində qurulmuş fərziyyədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru