Arktika üçün xüsusi yolsuzluq avtobusu hazırlanır

10-11-2021, 07:39           
Arktika üçün xüsusi yolsuzluq avtobusu hazırlanır
Arktika şəraitində istifadə üçün xüsusi yolsuzluq avtobusu istehsal olunacaq. Bu layihəni Rusiyanın Ural Avtomobil Zavodu həyata keçirəcək.

Hazırda prototip hazırlanır. Qeyd olunur ki, avtomobil həyati dəstək sistemi ilə təchiz olunacaq. Bundan əlavə, Arktikanın kövrək üst qatını qorumaq üçün nəqliyyatda böyük ölçülü aşağı təzyiqli təkərlər quraşdırılacaq. Bu dizayn maşının dərin qardan, bataqlıq ərazilərdən, eləcə də aşağı daşıma qabiliyyəti olan torpaqlardan keçməsinə imkan verəcək.

Yolsuzluq maşınında tibbi kabinetlər, sinif otaqları, həmçinin laboratoriyaları, tibbi müayinə məntəqələri və peyvənd mərkəzlərini daşımaq mümkün olacaq.

Arktika avtobusunun sınağı 2023-cü ilə planlaşdırılıb.

Mənbə: 5 koleso












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru