Müxalifətçi Mesropyan İrəvana çatmadı: - yolda yandırıldı
10-11-2021, 18:07
Daha əvvəl bildirilirdi ki, Erməni müğənni və müxalif “Millətin səsi” partiyasının lideri Mher Mesropyan (daha çox “Mher Ermənistan” kimi tanınır) ümummilli hərəkata başlayıb. Xüsusilə, Mesropyan iki tərəfdarı ilə birlikdə hazırkı hökumətinin istefasını tələb etmək üçün Şurnuxdan İrəvana piyada getdi.
Müxalifətçi oktyabrın 25-də yola düşüb, və 15 günə İrəvana çatmaq niyyətində idi. Lakin onun haqqında heç bir məlumat yox idi. Müxalifətçi ancaq ara-sıra canlı yayımlar təşkil edirdi və bu zaman ona qarşı edilən təhdidlərdən danışırdı.
Məlum olub ki, müğənni müxalifətçi İrəvana gedərkən yandırılıb. Onun hazırki vəziyyəti haqqında heç bir məlumat yoxdur.
Faktla bağlı Ermənistanda cinayət işi açılıb, araşdırma aparılır.