“Ermənistan da azərbaycanlılardan rüsum alacaq” - Armen Qriqoryan

11-11-2021, 16:40           
“Ermənistan da azərbaycanlılardan rüsum alacaq” - Armen Qriqoryan
“Azərbaycan vətəndaşları Gorus-Qafan yolu ilə getmək istəsələr, Ermənistan tərəfi də onlardan rüsum alacaq”.
Yeniavaz.com xəbər verir ki, bunu Ermənistan hökumətinin iclasından sonra keçirilən brifinqdə Respublika Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
“Azərbaycan tərəfi güman edirdi ki, onlar həm də dəhliz prinsipi ilə Naxçıvana yol çəkmək istəyirlər. Və biz bu prinsiplə bağlı heç bir beynəlxalq razılaşma istəmirdik. Gömrük məntəqələri yaradacaqlarsa, o zaman Azərbaycan vətəndaşları bizim ərazimizdən keçmək istəsələr, onlardan rüsum alacağıq”.
Qeyd edək ki, Qriqoryanın özü ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib ki, noyabrın 11-də Azərbaycan tərəfi Gorus-Qafan avtomobil yolunda gömrük postları yaradacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru