Niderlandda COVID-ə yoluxmada rekord

12-11-2021, 08:45           
Niderlandda COVID-ə yoluxmada rekord
Avropanın bir sıra ölkələrində olduğu kimi, Niderlandda da koronavirusa yoluxma sürətlənib.

Ölkənin Səhiyyə Nazirliyindən verilən xəbərə görə, son sutka ərzində 16 364 yeni COVID xəstəsi aşkar olunub ki, bu da pandemiyanın başlanmasından bəri ən yüksək günlük göstəricidir.

Həmçinin, son 24 saatda ölkədə 26 nəfər koronavirusun qurbanı olub.

Hazırda Niderland xəstəxanalarında müalicə alan COVID xəstələrinin sayı 1699 nəfərə çatıb ki, onlardan 330 nəfəri intensiv terapiya şöbələrində yatır.

Mənbə: TRT












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru