“Instagram” yeni faydalı funksiyanı sınaqdan keçirir - VİDEO
12-11-2021, 08:53
“Instagram” sosial şəbəkəsi istifadəçini lentə baxmağa fasilə verməsi barədə xəbərdar edəcək yeni funksiyanı sınaqdan keçirir.
Bu barədə xidmətin rəhbəri Adam Mosseri “Twitter” səhifəsində məlumat verib. “Bu həftə biz “Take a break” (“Fasilə et”) funksiyasını sınaqdan keçirməyə başladıq. Bu opsiya sizə seçdiyiniz vaxtdan sonra fasilə vermək üçün tətbiqdə xatırlatma almağa imkan verəcək”, - deyə mesajda bildirilir.
Planlaşdırılır ki, sınaq uğurlu olarsa, artıq dekabr ayında funksiyadan istifadə etmək mümkün olacaq. Qeyd olunur ki, belə fürsət hələlik yalnız bəzi istifadəçilər üçün əlçatandır.
Testing “Take a Break” ????????
We started testing a new feature called “Take a Break” this week. This opt-in control enables you to receive break reminders in-app after a duration of your choosing.
I’m excited to dig into the results & hopefully launch this sometime in December. ✌???? pic.twitter.com/WdSTjL6ZdH