ÜST həyəcan təbili çaldı: Dünya şpris çatışmazlığı yaşayır

12-11-2021, 09:31           
ÜST həyəcan təbili çaldı: Dünya şpris çatışmazlığı yaşayır
Növbəti il dünyanın səhiyyə xidməti qurumları koronavirusa qarşı peyvənd üçün istifadə olunan tibbi şprislərin çatışmazlığı ilə üzləşə bilər.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı(ÜST) məlumat yayıb.

Məlumatda qeyd olunur ki, cari ildə dünyada 6,8 milyarddan çox COVID-19 peyvəndi vurulub.

Hazırda isə illik istehsal olunan şprislərin sayı isə altı milyard ədəd təşkil edir.

ÜST-ün dərman və sağlamlıq məhsullarına çıxış üzrə baş məsləhətçisi Liza Hedman bildirib ki, 2022-ci ildə dünyada şpris çatışmazlığı iki milyard şprisə bərabər ola bilər.

“Şpris qıtlığı, bütün dünyada uşaqların peyvənd edilməsində gecikmələrə səbəb ola bilər və yoxsul ölkələri iynələrdən təkrar istifadə etməyə təşviq edə bilər. Bu, olduqca təhlükəli bir təcrübədir”, - deyə ÜST rəsmisi vurğulayıb.

Mənbə: 1prime












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru