Yerə təhlükəli asteroid yaxınlaşır

12-11-2021, 11:45           
Yerə təhlükəli asteroid yaxınlaşır
Alimlər kosmosda Yerə doğru yaxınlaşan təhlükəli asteroid aşkar ediblər.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu qənaətə Rusiyanın M.Keldış Tətbiqi Riyaziyyat İnstitutunun alimləri gəliblər.

İnstitutun əməkdaşı Leonid Yelenin Abastumani Rəsədxanasının teleskopunun köməyi ilə asteroidin yaxınlaşmasını lentə alıb.

Noyabrın 11-nə olan məlumata görə, asteroid Yerdən 18 milyon km məsafədə uçur. Hazırda alimlər obyektin trayektoriyasını aydınlaşdırmağa çalışırlar. Onun təhlükəli olduğu bildirilir.

Bundan əvvəl də bildirilirdi ki, noyabrın ortalarında təhlükəli 2004 UE asteroidi Yer kürəsinin yaxınlığında uçacaq.

Noyabrın 13-də asteroidin Yer kürəsi ilə minimum məsafəyə yaxınlaşacağı gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru