"WhatsApp"dan yenilik: İstifadəçilərin məxfiliyini artıracaq yeni funksiya işə salınıb

13-11-2021, 00:15           
"WhatsApp"dan yenilik: İstifadəçilərin məxfiliyini artıracaq yeni funksiya işə salınıb
Yeniliklə təmin olunmayan cihazlarda bu funksiya növbəti yenilənmə zamanı əlçatan olacaq.
"WhatsApp" mesencerində istifadəçilərin məxfiliyini artıracaq yeni funksiya işə salınıb. Sputnik Azərbaycan xəbər verir ki, yeniləmə 2.21.23.14 proqram versiyası olan istifadəçilər üçün əlçatan olacaq.
Söhbət mesencerdə bəzi kontaktlardan profil məlumatlarını gizlətmə qabiliyyətindən gedir. Bundan sonra istifadəçilər son giriş vaxtını, profil şəklini və "Haqqımda" blokunu görən şəxslərin siyahılarını fərdiləşdirə biləcəklər. Bu funksiya əvvəllər proqramın ayrı-ayrı "beta" versiyalarında sınaqdan keçirilib.
Bunun üçün "Mənim kontaktlarım, ...istisna olmaqla" adlı funksiyanı aktivləşdirmək lazımdır. Yeniliklə təmin olunmayan cihazlarda bu funksiya növbəti yenilənmə zamanı əlçatan olacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.