"Taliblər" yüzlərlə əfqan hərbçini həbsxanalarda saxlayır - FOTO

13-11-2021, 08:18           
"Taliblər" yüzlərlə əfqan hərbçini həbsxanalarda saxlayır - FOTO
"Taliblər" yüzlərlə əfqan hərbçini həbsxanalarda saxlayır - FOTO
Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatının silahlıları ordu hərbçilərini həbsxanalarda saxlayır.

Bunu respublikanın keçmiş vitse-prezidenti Əmrullah Saleh “Twitter” səhifəsində yazıb.
Siyasətçi “Taliban”ı İŞİD-in yüzlərlə üzvünü saxladığı barədə dediklərini yalan adlandırıb. Onun sözlərinə görə, həbsxanalarda Əfqanıstan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələrinin hərbçiləri, hüquq müdafiəçiləri və Taliban rejimi ilə razılaşmayan əfqanlar var.

Saleh onu da vurğulayıb ki, yaraqlılar hələ də jurnalistlərin cəzaçəkmə müəssisələrinə getməsinə icazə verməyiblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru