Evlənənlərin və boşananların sayı artıb

16-11-2021, 08:33           
Evlənənlərin və boşananların sayı artıb
Bu il Azərbaycanda 41 067 nikah, 12 892 boşanma halı qeydə alınıb

Cari ilin ilk doqquz ayında Azərbaycanda qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb.

AYNA Statistika Komitəsinə istinadən xəbər verir ki, 2021-ci ilin yanvar-sentyabr ayları ərzində ölkədə 41 min 67 nikah, 12 min 892 boşanma qeydə alınıb.

Qeyd edək ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə nikah sayında 14 min 755, boşanmada isə 1803 artım qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru