Saakaşvili koronavirusa yoluxub?

16-11-2021, 10:32           
Saakaşvili koronavirusa yoluxub?
Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin hazırda saxlanıldığı “Qldani” həbsxanasının direktoru David Daraseliya koronavirusa yoluxub.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, ölkənin Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidməti Saakaşviliyə olan ictimai marağı nəzərə alaraq gürcü siyasətçidən də PCR-test götürüb.

Testin nəticələrinə əsasən, Mixail Saakaşvilidə COVID-19 aşkar olunmayıb.

Xatırladaq ki, Saakaşvili səhhətində yaranan problemlərlə bağlı 18 saylı “Qldani” Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Gürcü siyasətçi oktyabrın 1-də saxlanıldığı andan etibarən aclıq aksiyası keçirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru