Almaniya 259 Azərbaycan vətəndaşının sığınacaq ərizəsini rədd edib

16-11-2021, 10:18           
Almaniya 259 Azərbaycan vətəndaşının sığınacaq ərizəsini rədd edib
Bu ilin yanvar-sentyabr aylarında Almaniyadan sığınacaq istəyən Azərbaycan Respublikası vətəndaşlarının sayı məlum olub.

Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) “Report”un Avropa bürosunun sorğusuna cavab olaraq bildirilib ki, bu ilin 9 ayı ərzində Azərbaycan vətəndaşları təfəindən 407 sığınacaq ərizəsi qeydə alınıb. Onlardan 174 nəfər ilk dəfə, 233 nəfər isə ikinci dəfə sığınacaq üçün müraciət edənlər olublar.

Həmin dövrdə 687 icraat üzrə qərar qəbul edilib, ümumi müdafiə səviyyəsi 7,4% təşkil edib. 259 ərizəçinin müraciəti rəd edilib və həmin şəxslər Almaniyanı könüllü tərk etmələri barəsində xəbərdarlıq alıblar.

BAMF-dan bildirilib ki, bu ilin sentyrabr ayında ümumilikdə 13849 əcnəbi federal idarəyə qaçqın statusu üçün müraciət edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru