Erməni hərbi ekspert: “Su-30SM bizim kimi kiçik ölkələr üçün düzgün deyil, çünki kifayət qədər sürətlidir”

16-11-2021, 11:14           
Erməni hərbi ekspert: “Su-30SM bizim kimi kiçik ölkələr üçün düzgün deyil, çünki kifayət qədər sürətlidir”
“Məsələni siyasiləşdirmədən hesab edirəm ki, konkret olaraq Su-30SM çox yaxşı silahdır, lakin bizim kimi kiçik ölkələr üçün düzgün deyil, çünki kifayət qədər sürətlidir”.
Ordu.az xəbər verir ki, bunu erməni hərbi ekspert Karen Hovhannisyan bildirib.

Onun sözlərinə görə, Su-30SM qırıcılarından istifadə etmək üçün Ermənistanın bütün ərazisi kifayət etməyəcək.

“Hətta İrəvandan Mehriyə qədər olan ərazi uçuşu yerinə yetirmək üçün kifayət deyil. Buna görə də bu halda bu seçim anlaşılmazdır və yanlışdır”, - deyə Hovhannisyan qeyd edib.

Erməni hərbi ekspert vurğulayıb ki, 44 günlük müharibədə Ermənistanın məğlubiyyətinin bir nömrəli səbəbi təşkilatsızlıq, sonra digərləri olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru