İtaliyada baş verən partlayış zamanı ölənlərin sayı artıb

13-12-2021, 12:17           
İtaliyada baş verən partlayış zamanı ölənlərin sayı artıb
İtaliyaya məxsus Siciliya adasındakı Ravanusa şəhərində baş verən partlayış nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, aparılan axtarış-xilasetmə əməliyyatı zamanı dağıntılar altından daha 3 meyitçıxarılıb.

Bundan əvvəl rəsmi olaraq 3 nəfər ölü, 6 nəfər itkin düşmüş hesab edilirdi. Hazırda itkin düşmüş daha 3 nəfərin axtarışı davam etdirilir.

Xatırladaq ki, şənbə günü axşam baş verən partlayışın qaz sızmasından qaynaqlandığı ehtimal olunur. Partlayış zamanı 3 yaşayış binası uçub, 100-dən çox sakin evsiz-eşiksiz qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru