Meta-nı HƏDƏLƏDİLƏR: 3.2 milyon dollar cərimə ödəyə bilər

14-01-2022, 17:48           
Meta-nı HƏDƏLƏDİLƏR: 3.2 milyon dollar cərimə ödəyə bilər
Amerikanın Meta şirkəti Böyük Britaniyada 3,2 milyard cərimə ilə üzləşə bilər.

Metbuat.az xəbər verir ki, Böyük Britaniya sakinləri Amerikanın "Meta Platforms" (keçmiş adı Facebook) şirkətinə qarşı bazarın hökmranlığından sui-istifadə və milyonlarla insanın məlumatlarından istifadə etdiyinə görə məhkəmə iddiası qaldırıblar. "Reuters" yazır ki, iddia təmin olunarsa, korporasiya təxminən 3,2 milyard dollar cərimə ilə üzləşə bilər .

İddia Britaniya Maliyyə Davranış Təşkilatının (FCA) baş məsləhətçisi və antiinhisar hüququ üzrə müəllim Liza Lovdal Qormsen tərəfindən qaldırılıb. Böyük Britaniyanın Rəqabət Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilib. Qeyd olunur ki, söhbət 2015-2019-cu illər ərzində 44 milyon nəfərlik məşhur sosial şəbəkənin məlumatlardan istifadəsindən gedir. Hazırda şirkətə iddia ilə bağlı məlumat verilib.

Lovdal Gornsen əlavə etdi ki, "Facebook" yarandığı gündən Böyük Britaniyada yeganə sosial şəbəkəyə çevrilib, istifadəçiləri hər zaman dostları və ailəsi ilə tez əlaqə saxlaya biləcəklərinə əmin idilər, lakin xidmətin mənfi tərəfi də var. “Meta dominant bazar mövqeyindən sui-istifadə etdi və həmçinin Böyük Britaniyada yaşayan istifadəçilərə qarşı ədalətsiz şərtlər tətbiq etdi. Bu, şirkətə britaniyalıların şəxsi məlumatlarından istifadə etmək imkanı verdi " sitatın sonu

Bundan əvvəl Amerikanın "Google", "Meta" və "WhatsApp" şirkətləri Rusiyada ölkə vətəndaşlarının məlumatlarının lokallaşdırılması ilə bağlı qanunu pozduqlarına görə çoxmilyonluq cərimələr ödəyiblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru