Rusiyanın daha 4 helikopteri və döyüş təyyarəsi vuruldu

12-03-2022, 09:45           
Rusiyanın daha 4 helikopteri və döyüş təyyarəsi vuruldu
Dünən, martın 11-də Ukrayna hərbçiləri Rusiyanın Su-34 qırıcı-bombardmançı təyyarəsini vurub və dörd helikopter də daxil olmaqla daha beş hava hədəfini məhv edib. AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb. Qeyd olunub ki, “Buk-M1” və “S-300” zenit-raket bölmələri bir gündə beş hava hədəfini vurub: bir “Forpost” pilotsuz uçuş aparatı və dörd helikopteri. Bundan əlavə, Su-24m bombardmançıları, Su-25 hücum təyyarələri, Ordu aviasiyasının Mi-24 helikopterlərindən ibarət taktiki qrup Rusiya texnikasının kolonnalarına 10-dək reyd keçirib, bu zaman zirehli texnikalara güclü raket və bomba zərbələri endirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru