Rusiyada bu şirkətin baş direktorunun müavini istefa verdi və ölkəni tərk etdi

13-03-2022, 08:24           
Rusiyada bu şirkətin baş direktorunun müavini istefa verdi və ölkəni tərk etdi
Rusiyanın "Aeroflot" aviaşirkətinin baş direktorunun strategiya, xidmət və marketinq üzrə müavini Andrey Panov şirkətdən istefa verib və Rusiyanı tərk edib.

TNS kommersant.ru saytına istinadla xəbər verir ki, o, bu barədə sosial şəbəkədə paylaşım edib.

"Rusiyanı tərk etdik. “Aeroflot”dan getdim. Köhnə həyat bitdi", - A.Panov yazıb.

Panov istefasının səbəblərini açıqlamayıb.

Bu həftənin əvvəlində “RBC” qəzeti “Aeroflot”un baş direktoru Mixail Poluboyarinovun istefası barədə məlumat yayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru