Bu gün Rusiyaya qarşı yeni sanksiyalar təsdiqlənə bilər

14-03-2022, 10:12           
Bu gün Rusiyaya qarşı yeni sanksiyalar təsdiqlənə bilər
Martın 14-də Aİ-nin Brüsseldəki Daimi Nümayəndələr Komitəsi (COREPER) Aİ-nin Rusiyaya qarşı dördüncü sanksiyalar paketini razılaşdıra bilər.

Teref.Az Trend-ə istinadən bildirir ki, bu barədə Fransanın Aİ Şurasındakı daimi nümayəndəliyinin "Twitter" səhifəsində deyilir.

Həmçinin qeyd edilir ki, martın 13-ü Avropa Komissiyası və Avropa Xarici Siyasət Xidməti Versal Sammiti nəticəsində və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində hazırlanmış yeni sanksiyalara dair təkliflərini təqdim ediblər.

Təqdim edilən təkliflərin təfərrüatları barədə məlumat verilmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru