FED uçot dərəcəsini artıraraq illik 0,75 - 1%-ə çatdırıb

5-05-2022, 08:14           
FED uçot dərəcəsini artıraraq illik 0,75 - 1%-ə çatdırıb
ABŞ-ın mərkəzi bankı kimi fəaliyyət göstərən Federal Ehtiyat Sistemi (FRS) faiz dərəcəsini 0,5 baza bəndi artıraraq illik 0,75 - 1%-ə çatdırıb. “Report” xəbər verir ki, bu barədə FED-in məlumatında qeyd olunur.

Qeyd edək ki, FED-in əvvəlki faiz artımı 2022-ci ilin martında olub.

Federal Açıq Bazar Komitəsinin (FOMC) bəzi üzvləri FED-in 2023-2024-cü illərdə uçot dərəcəsini 3,5-3,75%-ə qədər artıracağını gözləyirlər. Komitə üzvlərinin gözləntilərinə görə, 2022-ci ildə federal fondların dərəcəsi 3,0-3,25%-ə qədər artırıla bilər. FOMC üzvlərinin əksəriyyəti FED-in 2022-ci ildə uçot dərəcəsini 1,75-2% səviyyəsinə qaldıracağını gözləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru