Kadırovdan yeni “şad xəbərlər”...
5-05-2022, 11:36

Mən demişəm də...Ramzan rusların müdafiə nazirliyinin sözçüsü İqor Konaşenkovun “axırına çıxmayna qədər” dayanan deyil. Budur, yenə də “qət-təzə” xəbərlərlə gəlib...
Beləliklə, bu gün Çeçenistan rəhbəri Ramzan Kadırov bu dəfə də İqor Konaşenkovu “qabaqlayaraq” Luqansk vilayətinin Svetliçnoye qəsəbəsinin tam azad edildiyini bəyan edib.
SİA-nın məlumatına görə, bu barədə o, Telegram kanalında yazıb.
...Kadırovun sözlərinə görə, çeçen hərbçiləri “Luqansk Xalq Respublikası”nın xalq milisləri və Rusiya Müdafiə Nazirliyinin qüvvələri ilə birlikdə qəsəbəyə tam nəzarəti ələ keçiriblər.
Bundan əlavə, Rusiya xüsusi təyinatlıları Nijnei kəndinin birinci məhəllələrini, bu artıq qeyri-tam sayılır... zəbt ediblər.
Ramzan onra da yazır ki, indi işğaldan azad edilmiş ərazilərdə humanitar tədbirlər həyata keçiriləcək.
Beləliklə, “...biz həm Svetliçnıda, həm də Donbasın digər ərazilərində mümkün qədər tez normal həyatı bərpa etmək üçün hər şeyi edəcəyik”, - deyə Kadırov Svetliçnının azad edilməsində iştirak edən döyüşçülərə təşəkkür edib.
Ağasəf Babayev