ZELENSKİ ÖLÜMÜNÜ ŞƏXSƏN ELAN ETDİ – “Rusiya bunun əvəzini ödəyəcək…”

5-05-2022, 17:08           
ZELENSKİ ÖLÜMÜNÜ ŞƏXSƏN ELAN ETDİ –
Bu gün Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Ukraynaya hücumundan sonra peşəsini tərk edərək orduya qatılan jurnalist Aleksandr Maxovun vəfat etdiyini şəxsən açıqladı.

Qafqaz.media xəbər verir ki, Zelenski qəhrəman elan etdiyi jurnalistin “hər zaman ən cəsurlar arasında birinci yerdə olduğunu” vurğuladı.

Ukrayna prezidenti bildirdi ki, 36 yaşlı ukraynalı jurnalist Aleksandr Maxovun bu gün səhər tezdən dünyasını dəyişib.

"Bu gün söhbətimə bir hekayə ilə başlayacağam. Söhbət tanınmış jurnalist Aleksandr Maxovdan gedir", - deyən Zelenski Ukraynanın Xarkov vilayətinin İzium şəhəri yaxınlığında dünyasını dəyişən gənclə jurnalistlə bağlı bunları deyib:

"Əminəm ki, Ukrayna və “Dom” telekanallarında onun xəbərlərini görmüsünüz. O, vətənpərvər, səmimi və həmişə təkəbbürdən uzaq idi. O, həmişə ən cəsurlar sırasında olub. Rusiya bu ölümün məsuliyyətini öz üzərinə götürəcək və əvəzini ödəyəcək. Ukrayna zəfər qazanacaq”.

Qeyd edək ki, Maxov Rusiya ilə müharibə başlayanda könüllü olaraq hərbi xidmətə getməzdən əvvəl, Ukrayna televiziyasının canlı yayım müxbiri olub. Müharibənin başlaması ilə o, jurnalistikanı ataraq, orduya gedib.

Aprelin 28-də qəlpə yarası alan Maxov Facebook-da öz fotosunu paylaşaraq, nişanlısı Anastasiya Blışçikə toya qədər sağalacağına söz verib.

Maxovun nişanlısı onun ölüm xəbərindən sonra Facebook-da “İnana bilmirəm. O, sağdır, zəhmət olmasa deyin ki, bu səhv məlumatdır”, - deyə ürəkağrıdan sözlər yazıb.

Bildirilir ki, Marxov daha əvvəl - 2015-ci ildə də Donbas bölgəsində rus separatçıları ilə toqquşmalarda iştirak edib.

İndiki münaqişə başlamazdan bir müddət əvvəl “Coffee or Die Magazine” jurnalına danışan Marxov deyib: “Mən hiss etdim ki, bir jurnalist kimi gördüklərim kifayət deyil və bir əsgər kimi düşmənlə döyüşmək istəyirdim. Çox fərqli bir hissdir. Yenidən döyüşə getməyə hazıram”, - deyə o bildirib.
Qeyd edək ki, Ukraynanı şoka salan Maxovun 2 aydan artıqdır davam edən müharibədə həyatını itirən 8-ci jurnalistdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.