“PUTİN SUPERYAXTASINI TÜRKİYƏYƏ QAÇIRIR” – 700 milyon dollar dəyərləndirilir + FOTOLAR

7-05-2022, 00:12           
“PUTİN SUPERYAXTASINI TÜRKİYƏYƏ QAÇIRIR” –
Putinə aid olduğu iddia edilən “Şeherezade” (Şəhrizad) adlı yaxtanın Avropa ölkələrinin sanksiyalarından qorunmaq üçün Türkiyəyə aparılacağı iddia olunur.
Teref.az-ın yazdığına görə, azpolitika.info Britaniyanın “The Telegraph” nəşrinə istinadla xəbər verir ki, “Şeherezade” adlı yaxta İtaliyanın Massa yaxınlığındakı Porto di Karrara limanından suya salınıb.

Qəzet yazır ki, dünyanın 14-cü ən böyük yaxtası olan “Şeherezade” 140 metr uzunluğundadır və dört mərtəbədən ibarətdir.

Yaxtada iki helikopter meydançası, hovuz, spa, gözəllik salonu, cakuzi və 18 qonaq otağı var.

Məlumatda qeyd olunur ki, “Şeherezade” Almaniyanın Lürssen firması tərəfindən istehsal olunub, qiyməti 700 milyon dollardır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.